Toxuculuq iynəsi məktəbli qızın ağciyərini - DEŞDİ
Dünya
Sankt-Peterburqda ticarət mərkəzində bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə Planernaya küçəsində yerləşən Leo Mall kompleksində baş verib.
Belə ki, anası ilə ticarət mərkəzinə gedən qız qəfildən toxuculuq iynələri olan çantanın üstünə düşüb.
Çantada olan toxuculuq iynəsi məktəbli qızın ağciyərini deşib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.
Nəzrin