Ağstafada yeniyetmə qızı cərəyan vurub
    • 5-12-2023, 20:48
    • 116

Ağstafada yeniyetmə qızı cərəyan vurub


Ağstafada bədbəxt hadisə baş verib.

News24.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Pirili kəndində qeydə alınıb.

Yeniyetmə qızı vanna otağında elektrik cərəyanı vurub.

O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.