Müğənni Rahidə Baxışova biznesini açıqladı – VİDEO
    • 6-12-2023, 14:51
    • 228

Müğənni Rahidə Baxışova biznesini açıqladı – VİDEO

Müğənni Rahidə Baxışova biznesindən söz açıb. 

News24.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Ay Zaur" verilişində deyib.

Rahidə illər əvvəl uşaq geyimlərindən ibarət mağazasının olduğunu və ev alqı-satqısı ilə məşğul olduğunu söyləyib: 

"Uşaq geyimləri satılan bir mağaza açdım. Sonra isə o mağazanı bağladım. Biznes işlərində hər zaman ağıllı olmuşam. İllər əvvəl, məsələn, bir il pul toplayırdım və 16 minə ev alırdım. Üstündən bir il keçirdi, həmin ev olurdu 32 minə. Sonra o evi elə o qiymətə satırdım. Bu iş uğurlu idi. Sonradan mənə lazım olan evi də aldım. Evim əvvəllər çox kiçik idi. Amma daha böyük ev aldım. İndi isə başqa işlər görürəm. Mən ailə saxlayıram. O zamanlar mənə o işləri görmək lazım idi. Ona görə də o bizneslə məşğul oldum".