"Azərbaycan qızları TikTok-u əxlaqsız platformaya çevirib" - Aparıcıdan SƏRT AÇIQLAMA
    • 6-12-2023, 21:30
    • 301

"Azərbaycan qızları TikTok-u əxlaqsız platformaya çevirib" - Aparıcıdan SƏRT AÇIQLAMA

"TikTok qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da".

News24.az axsam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Tarixin bir günü" verilişində deyib. O, TikTok sosial şəbəkə platformasını tənqid edib:

"TikTok-a müğənnilər normal mahnılarını qoysa nə olar? Feybuk bu gün ən ciddi platformaya çevrilib. Nə üçün TikTok deyirik? TikToku biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır".