Kişi müəllimi qaçırıb evləndirdilər
    • 6-12-2023, 23:30
    • 140

Kişi müəllimi qaçırıb evləndirdilər


Hindistanda bir məktəb müəllimi onu zorla evləndirmək üçün qaçırılıb.

News24.az Lent.az istinadla xəbər verir ki, Qautam Kumar müəllim olmaq üçün Bihar Dövlət Xidməti Komissiyası imtahanından keçib. Lakin bu yaxınlarda onun məktəbinə üç-dörd nəfər gəlib və onu Bihar ştatının Vayşali rayonuna zorla aparıblar.

24 saat ərzində o, silah gücü ilə qaçıranlardan birinin qızı ilə evlənməyə məcbur edilib. Daha sonra polis itkin düşən müəllimin axtarışı üçün əməliyyata başlamazdan əvvəl kişinin yaxınları etiraz edib və yolu bağlayıblar.

Kumarın ailəsi Raceş Ray adlı şəxsi günahlandırıb. Onlar onun qohumlarını Kumarı zorla aparıb Rayanın qızı Çandni ilə evləndirməkdə günahlandırıb.