TƏCİLİ!!! Universitetdə atışma: ÖLƏN VAR
    • 7-12-2023, 08:00
    • 508

TƏCİLİ!!! Universitetdə atışma: ÖLƏN VAR


Dekabrın 6-da axşam Las-Veqasda Nevada Universitetinin kampusunda atışma baş verib. Hüquq-mühafizə orqanları tələbələri təxliyə edib, hücumçu tapıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Las-Veqas polis qərargahının rəsmi X səhifəsi və CNN telekanalı məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanları atışma hadisəsi ilə bağlı açıqlamasında bildirilir  ki, şübhəlinin şəxsiyyəti müəyyən edilib və o, ölüb.

Daha sonra polis jurnalistlərə çoxlu itki olduğunu bildirsə də, ətraflı məlumat verilməyib.