"Polis əməkdaşları tərəfindən müvafiq işlər görülür"
    • 7-12-2023, 13:03
    • 138

"Polis əməkdaşları tərəfindən müvafiq işlər görülür"

"Zəlzələ barəsində məlumat daxil olduqdan sonra müvafiq əmrlə polis əməkdaşları bununla bağlı tədbirlərə cəlb ediliblər".

News24.az xəbər verir ki, bunu bugünkü brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib:

"Daxili İşlər Nazirliyinin tabeliyindəki polis idarə və şöbələrinə indiyədək hər hansı xoşagəlməz hadisə ilə bağlı məlumat daxil olmayıb. Əsasən xüsusi olaraq nəzarətə götürülən ərazilər metro stansiyaları, avtomobil yolları, təhsil müəssisələri, bununla yanaşı uşaq bağçaları, əhalinin sıx toplaşdığı küçə və prospektlərdir. Xüsusən də metrodakı sərnişinlər arasında təşviş yaranmaması üçün polis əməkdaşları tərəfindən müvafiq işlər görülür".

Fərid Azəri