Quterreş Qəzzaya görə müraciət etmişdi: İsrailin cavabı gecikmədi
    • 7-12-2023, 14:06
    • 196

Quterreş Qəzzaya görə müraciət etmişdi: İsrailin cavabı gecikmədi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş səlahiyyət müddəti ərzində ilk dəfə olaraq dünya təşkilatının Təhlükəsizlik Şurasına Qəzza zolağında humanitar atəşkəsin müzakirəsi tələbi ilə müraciət edib.

Bu, İsrailin qəzəbinə səbəb olub. Ölkənin xarici işlər naziri Eli Koenin sözlərinə görə, Quterreşin baş katib kimi fəaliyyəti dünya sülhünü təhdid edir və baş katibin açıqlamaları HƏMAS hərəkatının fələstinli radikallarını dəstəkləməyə bərabərdir.

News24.az xəbər verir ki, o, bu barədə “X” sosial hesabında yazıb.

“Quterreşin Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsində işləməsi dünya sülhünü təhdid edir. Onun BMT Nizamnaməsinin 99-cu maddəsi tələbi və Qəzzada atəşkəs çağırışı terror təşkilatı HƏMAS-a dəstəkdir və yaşlıların öldürülməsinə, körpələrin qaçırılmasına və qadınların zorlanmasına göz yumur”, - Koen yazıb.

Ayşən