Məşhur aparıcı ticarət mərkəzində DAVA SALDI - ANBAAN VİDEO
    • 7-12-2023, 18:10
    • 165

Məşhur aparıcı ticarət mərkəzində DAVA SALDI - ANBAAN VİDEO

Türkiyəli məşhur aparıcı Armağan Çağlayan ticarət mərkəzində işçilərin üzərinə qışqırıb.

News24.az xəbər verir ki, hadisə Şişli Mecidiye köydəki ticarət mərkəzində baş verib. İddiaya görə, məşhur aparıcı və prodüser Armağan Çağlayan (57) proqrama çəkildiyi ticarət mərkəzindəki kosmetika firmasına gəlib. Burada naməlum səbəbdən Çağlayan şirkət işçiləri ilə mübahisə etməyə başlayıb. O, dəqiqələrlə işçilərə qışqırdıqdan sonra məkandan uzaqlaşıb.

Şəxsi mühafizəçilərin də müdaxilə etdiyi mübahisə mobil telefon kamerasına düşüb.

Teymur MƏMMƏDOV