Bu ölkədə 380 dərəcə şaxta barədə XƏBƏRDARLIQ EDİLDİ
    • 9-12-2023, 20:14
    • 2 476

Bu ölkədə 380 dərəcə şaxta barədə XƏBƏRDARLIQ EDİLDİ

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar. 

News24.az qaynarinfo-ya istinadla bildirir ki, bu xəbərdarlıq "Tele2" (Mobile Telecom-Service LLP) mobil operatorunun xidmətlərindən istifadə edən abunəçilərin mobil telefonlarına gəlib. Üstəlik, hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün yayılıb.

"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir", deyə məlumatda bildirilir.

Ətraflı

Adıçəkilən rayonun sakinləri sosial şəbəkələrdə xəbərdarlığın skrinşotlarını aktiv şəkildə dərc etməyə başlayıblar. Çoxları zarafatla qeyd edib ki, hətta "şaxtalı apokalipsis" fonunda da işə getməli olacaqlar.

Baş verənlər fonunda agentlik "Tele2" mətbuat xidməti ilə əlaqə saxlayıb, vəziyyəti şərh etmək istəyib. Mobil operatorun nümayəndələri qeyd edib ki, SMS göndərilərkən texniki nasazlıq baş verib - dərəcə simvolu sıfırla əvəz olunub.

"Yanlış rəqəm aşkar edildikdən sonra şiddətli şaxtanın baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib", deyə şirkətin mətbuat xidmətindən bildiriblər.