“Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir”
    • 10-12-2023, 13:46
    • 183

“Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir”

“İlk növbədə dəvətə və qonaqpərvərliyə görə, dostum Aleksandar Vuçiçə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam”.

News24.az apa-ya istinadla xəbər verir ki, bunu Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, keçən il Serbiyaya rəsmi səfər edib: “Bundan sonra Serbiya Prezidenti Azərbaycana səfər edib. Bu gün yenə sizin gözəl ölkənizdəyəm. Bu bir daha onu göstərir ki, Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”.