Orta məktəblərdə rus və digər bölmələrin bağlanacağı həqiqət deyil
    • 8-04-2019, 18:31
    • 860

Orta məktəblərdə rus və digər bölmələrin bağlanacağı həqiqət deyil

“Azərbaycanda rus və ya digər bölmələrin bağlanacağı ilə bağlı şayiələr həqiqət deyil”. 

News24.az
-ın xəbərinə görə, bu barədə İTV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişində Bakı şəhər üzrə təhsil idarəsinin sektor müdiri Samirə Bektaşi bildirib. Onun sözlərinə görə, 2019-2020-ci ilin tədris ilində ümumtəhsil müəssisələrinin tədrisin digər dillərdə aparılıan bölmələrində uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə Kamissiyaları fəaliyyətə başlayıb: “Müsahibənin keçirilməsində məqsəd şagirdin fərqli dildə şifahi nitq bacarıqlarını, dinləyib anlamaq bacarığını, həmin dildə fikrini sərbəst yürütmək bacarığını yoxlamasından ibarətdir. Təbii ki, əsas məqsəd təhsilin keyfiyyətinin artırılmasıdır. Çətin suallar olmayacaq. Şagird özü haqqında, ailəsi, hansı ölkədə yaşaması, bayrağımız və digər ilkin məlumatları verəcək. Şagirdin ilkin bilikləri yoxlandıqdan sonra, müsahibədən uğurla keçərsə, mayın 1-dən etibarən yaşadıqları əraziyə yaxın məktəbdə qeydiyyatdan keçəcək. Əgər uşaq müsahibə mərhələsini keçməzsə o, digər dildə olan bölməyə - Azərbaycan bölməsinə yönləndiriləcək. Şagirdlər yalnız bir dəfə müsahibədən keçə bilər. Əgər valideynin hər hansı bir narazılığı olarsa, Apelyasiya Komissiyasına müraciət edə bilər”. 

Afaq MİRAYİQ