"Qırmızı adam" döyülməsindən DANIŞDI - 10 dəqiqədən sonra yaxınlaşıb... - VİDEO
    • 11-12-2023, 14:44
    • 892

"Qırmızı adam" döyülməsindən DANIŞDI - 10 dəqiqədən sonra yaxınlaşıb... - VİDEO

Bakıda "Qırmızı adam" "Youtube" kanalının aparıcısı Faiq Erolun döyülməsi ilə bağlı iddialar yayılıb. Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə ilə bağlı News24.az-a açıqlama verən Faiq Erol bildirib ki, hadisə "Qırmızı adam"ın növbəti çəkilişi zamanı yaşanıb:

""Qırmızı adam" layihəmizin növbəti çəkilişi idi. Çəkiliş vaxtı adətən yaşlı insanlara yaxınlaşıram. Dünən də "Neftçilər" metrosu yaxınlığında bir kişiyə yaxınlaşdım. "Üzünüzdən nə yağır?" sualını ünvanladım. Həmin şəxs də "üzümdən nur yağır" cavabını verdi. Dialoqumuzun üzərindən 10 dəqiqə keçəndən sonra adam yenidən mənə yaxınlaşdı. "O nə sualdır verirsən?" dedi. Əl-qol atmağa başladı. Mən də cavab verdim. Sadəcə kiçik mübahisə yarandı, böyük dava olmayıb. Qıraqdan kimsə çəkib paylaşıb, döyüldüyümü yazıb. Ancaq elə bir hal yoxdur". 

Faiq Erol əlavə edib ki, layihəni icra etməkdə məqsədi kommersiya maraqları deyil:

"Layihənin təməlini İlkin Həsənli qoyub. Digər layihələri ilə əlaqədar olaraq bu layihəni davam etdirmək üçün vaxtı olmadı. Mən davam etdim. Biz üç ildir ki, bu layihəni icra edirik. 2 il mən bu layihədən heç bir qazanc əldə etməmişəm. Məqsədimiz sadəcə əyləncə, şəhərdə yeni bir obraz, yeni format yaratmaq olub. Maddi tərəflərini düşünməmişik. Hər dövrün qəhrəmanı var. İstədik ki, "Qırmızı adam" da bir dövrün qəhrəmanı olsun". 

Qumral