Hacı Nuran xərçəngdən əziyyət çəkən əməkdar artistə dəstək oldu

Hacı Nuran xərçəngdən əziyyət çəkən əməkdar artistə dəstək oldu
ŞOU-BİZNES

29-07-2018, 15:58

Mətn ölçüsü

Aparıcı-xeyriyyəçi Hacı Nuran xərçəng və qara ciyər serrozundan əziyyət çəkən əməkdar artist Həsənağa Sadığova dəstək olub. 

Bu haqda H.Nuranın özü məlumat verib:

""Həyat fondu" olaraq qərara gəldik ki ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazımı olan yardımı edək.

Siz Azərbaycan xalqına çox lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin".