Beynəlxalq Bank 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verib - FOTO
    • 9-04-2019, 10:49
    • 1 073

Beynəlxalq Bank 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verib - FOTO

“Bulvar Hoteldə” 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçirilib. ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı, Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “İndi dəyişiklik zamanıdır” devizi altında təşkil olunan konfransa Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərib.  

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı bildirib ki, dünyanın qabaqcıl şirkətləri kouçinqdən geniş şəkildə istifadə edirlər: “Bu, qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün dəyərli bir alətdir.
Azərbaycan Beynəlxalq Bankının 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstəyi də bu tədbirin cəmiyyətimiz üçün əhəmiyyətindən, ölkəmizin biznes mühitinə müsbət faydalarından irəli gəlir”. 

News24.az xəbər verir ki, tədbirin təşkilatçısı ALPHA Coaching & Consulting şirkətinin qurucusu, Beynəlxalq Kouçinq Federasiyasının assosiativ üzvü Fidan Əzimli bildirib ki, kouçinq – müasir iş dünyasının yüksələn trendidir: “O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. 1-ci Bakı Kouçinq  və Liderlik Konfransı da ölkəmizdə bu sahədə maraqlı bir ənənənin əsasını qoydu”. 

Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan 300-dən çox mütəxəssis və idarəçi iştirak edib. 1-ci Bakı Kouçinq və Liderlik Konfransında BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gestalt Kouçinq Məktəbinin qurucusu Dorozi Siminoviç, Avropa Mentorinq və Kouçinq Şurasının Prezidenti Rıza Kadılar, Beynəlxalq Kouç Federasiyasının regional direktoru Veronika Lisayt, PwC Azərbaycanın ölkə üzrə idareedici partnyoru Mövlan Paşayev, ICF Türkiyə ofisinin rəhbəri Fatma Eser Ömeroğlu, Six Seconds şirkətinin regional direktoru Ceyn Morrison, Adler Central Europe şirkətinin baş direktoru Ayşe Coral, “Forbes” jurnalının köşə yazarı Anna Mavriçeva, Qlobal Kouçinq Universitetinin prezidenti Alexandra Pritsker və b. tanınmış xarici və yerli kouçlar, liderlik üzrə mütəxəssislər maraqlı təqdimatlarla çıxış ediblər. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.