Şəbnəm adlı 2 müğənninin davası: “Mənə iftira atır, yaşımı artırır”
    • 13-12-2023, 21:33
    • 1 376

Şəbnəm adlı 2 müğənninin davası: “Mənə iftira atır, yaşımı artırır”

Müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu məhkəməyə verib. 

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb. 

O bildirib ki, qarşı tərəf onu eyni ad daşıdığına görə məhkəməyə verib: 

“Mənə zəng edib, aqressiv danışır. Dedim  ki, əgər dünyasını dəyişmiş bir anaya hörmətiniz varsa... Anam 29 yaşında dünyasını dəyişib, o vaxt körpə olmuşam. O adı mənə anam qoyub. 

Bu xanıma dəfələrlə demişəm ki, məndən nə istəyirsiniz? Deyir ki, adını dəyiş, Şəbtac, Şəbnur qoy. Axı, adımı niyə dəyişməliyəm? Anamın yadigarıdır. Mən adımı sizə görə dəyişən deyiləm”. 

Qalmaqallı məsələ ilə bağlı Şəbnəm Tapdıq deyib ki, məhkəməyə müraciət etməsinin səbəbi adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla bağlıdır: 

“Bu məsələnin isə məhkəmə yolu ilə araşdırılmasını istəyirəm. Şəbnəm Tovuzlu bir çox efirlərdə deyir ki, guya rəhmətlik anası ilə rəfiqə olmuşam. Axı, belə şey olmayıb. Tanımadığın insan haqqında düzgün olmayan fikri demək olmaz.

Efirdə demək ki, Şəbnəm Tapdıq məni məhkəməy verib, kişilikdən deyil. Bilmək istəyirəm ki, görüm, onun əsl adı nədir. Bu, “dostluq” məhkəməsidir. Əgər mən sənin ananla rəfiqə olmuşamsa, gör, yaşımı nə qədər artırırsan... Bu isə mənə qarşı iftiradır!”