Qəzaya düşən Gülüstan Əliyevanın vəziyyəti necədir? - AÇIQLAMA
    • 14-12-2023, 11:36
    • 790

Qəzaya düşən Gülüstan Əliyevanın vəziyyəti necədir? - AÇIQLAMA

Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün əvvəl qəza keçirib. Sənətçinin avtomobili yararsız vəziyyətə düşsə də, sənətçi xəsarət almayıb. 

News24.az xəbər verir ki, baş verən hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı G.Əliyeva ilə əlaqə saxlayıb. 

Müğənni başına gələn olayı belə nəql edib: 

“Hadisə Sumqayıt şossesində deyil, Hacıqabul yolunda baş verib. Hacıqabul rayonuna gedirdim. Yol gedən maşın qəza törətdi. Biz də təbii ki, dayandıq. O, qəza törədəndə yolun ortasındakı arakəsmə betonu qarşı yola sürüşdü və oradan gələn avtomobil ona dəyib göyə qalxdı və mənim avtomobilimə dəydi.

Avtomobilim pis günə düşüb. Şükürlər olsun ki, özümə heç nə olmadı. Sağ-salamatam. Avtomobilim sığortalı olsa da, qəzadan sonra ödənilən pul qəpik-quruşdur. O pulla avtomobili təmir etmək mümkün deyil. Ümumiyyətlə, avtomobilim qəzadan sonra tamamilə yararsız vəziyyətə düşüb”.