Rəşad Dağlının qətldən əvvəl bıçaq alan GÖRÜNTÜLƏRİ
    • 14-12-2023, 14:21
    • 730

Rəşad Dağlının qətldən əvvəl bıçaq alan GÖRÜNTÜLƏRİ

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. 

News24.az bildirir ki, Lent.az həmin görüntüləri əldə edib.

Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.  

İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İsgəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:

“İskəndərin «boş gəlmə» sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”.  

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonar meyxanaçı könüllü olaraq polisə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsin hokum ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.