"Demarkasiya və delimitasiya prosesi illərlə davam edə bilər" - Qriqoryan
    • 15-12-2023, 14:42
    • 216

"Demarkasiya və delimitasiya prosesi illərlə davam edə bilər" - Qriqoryan

"Demarkasiya və delimitasiya prosesi illərlə davam edə bilər". 

News24.az "Hraparak"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Azərbaycanla növbəti görüşün tarixi məlum deyil.  Demarkasiya və delimitasiya prosesi kifayət qədər uzun vaxt aparacaq, çünki proses kifayət qədər mürəkkəbdir. Tərəflər müstəsna olaraq topoqrafik xəritələrlə, həmçinin hüquqi əhəmiyyət kəsb edən sənədlərlə işləyəcəklər. Prosesin illərlə çəkə biləcəyini də istisna etmirəm. Çünki görüşlər zamanı tərəflərin hər biri xəritə, sərhədin müəyyən təsviri olan hüquqi sənədlər təqdim edir, müzakirə və fikir mübadiləsi aparırlar”, - deyə Qriqoryan bildirib. 

Qumral