Mina axtaran siçan pensiyaya çıxdı
    • 16-12-2023, 08:47
    • 451

Mina axtaran siçan pensiyaya çıxdı

Kambocadan olan Maqava adlı siçan hərbi əməliyyatlardan sonra mina və mərmiləri axtarır.

News24.az Lent.az-a istinadən xəbər verir ki, siçan artıq pensiyaya çıxıb. 

Maqava beş illik karyerası ərzində 71 mina və onlarla partlamamış qumbara aşkar edib. Siçanın çəkisi 1,2 kiloqram, uzunluğu 70 santimetrdir, bu da onu bir çox həmkarlarından daha böyük edir. 

Keçən ilin sentyabrında Maqava Heyvanlar üçün Müqəddəs Georgi Xaçı ilə təltif edilib. Hazırda onun yeddi yaşı var.