Gələn il ölkəmizdə ilk dəfə Qış Alpinizmi üzrə beynəlxalq yarış keçiriləcək - FOTO
    • 16-12-2023, 14:53
    • 223

Gələn il ölkəmizdə ilk dəfə Qış Alpinizmi üzrə beynəlxalq yarış keçiriləcək - FOTO

"Ötən mövsümdən etibarən Azərbaycanda qış alpinizmi üzrə komanda yaradılıb".

News24.az xəbər verir ki, bunu "Şahdağ Turizm Mərkəzi" QSC-nin rəhbəri Rüstəm Nəcəfov bildirib:

"2024-cü ilin martında ölkəmizdə ilk dəfə olaraq Qış Alpinizmi üzrə beynəlxalq yarış keçiriləcək. Bu yarışda 22 ölkədən peşəkar alpinistlərin iştirakı nəzərdə tutulur. Əminik ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi bu yarışlara da uğurla ev sahibliyi edəcək".

Fərid Azəri