AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək
    • 16-12-2023, 14:58
    • 391

AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq.

News24.az xəbər verir ki, bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. 

Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.