Azərbaycana turistlər ən çox bu ölkələrdən gəlib
    • 16-12-2023, 15:00
    • 168

Azərbaycana turistlər ən çox bu ölkələrdən gəlib

Mövsümi turizm üçün vətəndaşları Azərbaycana üstünlük verən ölkələr məlum olub.

News24.az xəbər verir ki, bu barədə "Şahdağ" Turizm Mərkəzinə təşkil olunan mediaturda məlumat verilib:

"Yayda əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və digər ölkələrdən turistlər gəlir. Biz hazırda turistlərin sayını artırmaq üçün danışıqlar aparırıq. Yay turizm mövsümündə Birləşmiş Ərəb Əmirlikləri, qışda isə Rusiya Federasiyasından turistlərin sayı digər ölkələrə nisbətən üstünlük təşkil edir".

Fərid Azəri