BDYPİ-dən hərəkət iştirakçılarına MÜRACİƏT
    • 17-12-2023, 13:08
    • 150

BDYPİ-dən hərəkət iştirakçılarına MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

R TV xəbər verir ki, BDYPİ-nin müraciətində deyilir:

“Ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

Verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.