-
- 9-04-2019, 17:28
- 708
Bu rayonlarda azot gübrəsinin səyyar satışı keçiriləcək
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprel ayının 10-da Qax rayonunun Güllü kəndində, aprel ayının 11-də Zaqatala rayonunun Makov kənd inzibati ərazi nümayəndəliklərinin binasında, aprel ayının 12-də Balakən rayonunun Qabaqçöl inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Qax rayonu üzrə +994055 361-08-91 (Məhəmməd Fətəliyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Zaqatala rayonu üzrə +994055 663-40-89 (Xalis Mahalov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Balakən rayonu üzrə +994050 645-18-78 (Məhəmməd Şərifov Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) ilə əlaqə saxlaya bilərlər.