Bakıdan Naxçıvana daha 3 aviareys təxirə salınıb
    • 17-12-2023, 19:39
    • 243

Bakıdan Naxçıvana daha 3 aviareys təxirə salınıb


Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.