-
- 18-12-2023, 15:57
- 327
İlham Əliyev İraqla imzalanmış bu sənədi TƏSDİQLƏDİ
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərəcək.