"İlham Əliyevin alternativi ola bilməz" - Musa Qasımlı
    • 19-12-2023, 11:21
    • 192

"İlham Əliyevin alternativi ola bilməz" - Musa Qasımlı

Yeni Azərbaycan Partiyasının qərarı millətimizin bu günü və sabahı üçün hesablanan ən doğru qərardır. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında milllət vəkili Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, İlham Əliyevin alternativi ola bilməz:

"İlham Əliyev uzun əsrlərdən bəri regionumuzda sabitliyi bərpa edən, millətin arzusunu gerçəkləşdirən, ləkəni silən dövlət xadimimizdir. Seçkilər hər bir cəmiyyətdə barometri ortaya çıxarar. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib etməmək siyasi partiyanın hüququdur. Ancaq siyasi partiya seçkidə iştirak etmirsə, hansı yolla hakimiyyətə gəlmək istəyir? İlham Əliyevin alternativi yoxdur. Azərbaycanın gələcəyi İlham Əliyevlə bağlıdır!", - deyə o qeyd edib.

Qumral Əliyeva