-
- 9-04-2019, 23:32
- 1 138
Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-da vətəndaşları qəbul edəcək.
FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı aprelin 11-də Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-dan başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.