-
- 9-04-2019, 23:56
- 1 552
Musa Yaqub və Vaqif Bayatlı üçün Mehriban Əliyevaya MÜRACİƏT OLUNDU
Azərbaycanın gənc şairi Şəhriyar del Gerani dəyərli ədəbiyyat nümayəndələri Musa Yaqub və Vaqif Bayatlı üçün ölkənin l Vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
News24.az xəbər verir ki, müraciətdə deyilir: "Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı, möhtərəm Mehriban xanım Əliyeva!
Azərbaycan mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində gördüyünüz işlər son dərəcə dəyərli və təqdirəlayiqdir. Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik.
Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər nümayəndəsi - Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb. Bu ustad sənətkarların heç birinə xüsusi prezident təqaüdü verilmir. Bu halda Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalırlar. Bu da boşuna vaxt itkisindən başqa bir şey deyil.
Hər iki şairin quru nəfəslərinin belə poeziyamızın üzərində olması bizim milli-mənəvi dəyərlərimiz üçün bir tanrı lütfüdür.
Sizə məktub yazmaqda məqsədimiz iki böyük söz adamının yaşadığı problemə diqqətinizi yönətməkdir. Həqiqi Sözün, gerçək ədəbiyyatın yerini bilən və ədəbiyyatımızda ağırçəkili söz sahibi olan iki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik.
Biz, müasir ədəbi mühitin nümayəndələri kimi bu iki böyük şairdən dövlətin diqqət və qayğısını əsirgəməməyi sizdən xahiş edirik.
Siz də yaxşı bilirsiniz ki, xalqın sevdiklərini sevmək, diqqətlə əhatələmək elə xalqın özünü sevmək, xalqın özünə diqqət göstərmək deməkdir.
Böyük hörmət və ehtiramla öncədən təşəkkürümüzü bildiririk".