DİN-dən XƏBƏRDARLIQ:
    • 22-12-2023, 18:29
    • 193

DİN-dən XƏBƏRDARLIQ: "Yeni illə bağlı saxta mesajlara inanmayın"

Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. 

Bu barədə News24.az-a DİN-dən məlumat verilib. 

Bildirilib ki, "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz: 

“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın. Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.