Beynəlxalq axtarışda olan narkobaron Türkiyədə saxlanıldı - FOTO
    • 22-12-2023, 23:58
    • 238

Beynəlxalq axtarışda olan narkobaron Türkiyədə saxlanıldı - FOTO


Türkiyənin Mersin şəhərində təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərq sahillərində keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə beynəlxalq axtarışda olan Zafer Ramadan saxlanılıb.

“Sübh çağı xüsusi texnika və pilotsuz uçan aparatın dəstəyi ilə ünvanın müəyyən edilməsi əməliyyatı təşkil edilib. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə beynəlxalq axtarışda olan narkobaron Zafer Ramadan saxlanılıb”, - deyə məlumatda bildirilir.

Onun yeri kəşfiyyat nəticəsində müəyyən edilib.

Qeyd olunur ki, saxlanılan şəxs hazırda dindirilmək üçün Mersin bölgəsinin Təhlükəsizlik İdarəsinə aparılıb.