Bu bölgədə 6 türk hərbçisi şəhid oldu
    • 23-12-2023, 22:45
    • 174

Bu bölgədə 6 türk hərbçisi şəhid oldu

Bu gün İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyənin baza ərazisinə sızmağa çalışan terrorçularla baş vermiş qarşıdurmada 13 terrorçu məhv edilib.