Təhminə Həsənova qəzada xəsarət aldı
    • 25-12-2023, 08:13
    • 235

Təhminə Həsənova qəzada xəsarət aldı


Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənova Təhminə Bəxtiyar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.