-
- 10-04-2019, 17:30
- 624
Əqli mülkiyyət hüququnun qorunması mövzusunda təlim keçirilib
Bu gün "Araz Motors" MMC-nin təşəbbüsü ilə gömrükçülər üçün "Azərbaycan Respublikasının Gömrük Reyestrinə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan malların xüsusiyyətləri" mövzusunda təlim keçirilib.
DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, "TMD Friction" şirkətinin adına qeydiyyata alınmış "TEXTAR" əmtəə nişanının xüsusiyyətləri ilə bağlı məlumat verilən təlimdə müxtəlif gömrük orqanlarının 30 nəfər əməkdaşı iştirak edib.
Təlimdə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Baş İdarə rəisi vurğulayıb ki, həyata keçirilən islahatların əsas prioritetlərindən biri də istehlakçıların və istehsalçıların hüquqlarının, insan sağlamlığının qorunmasının təmin edilməsidir. Gömrük orqanlarının əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində ciddi addımlar atdığını diqqətə çatdıran Səməd Qaralov daxil olan müraciətlərin operativ qaydada araşdırıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Eskpertlər-Yevgeni Suşilin və Qəhrəman Cəfərov "TEXTAR" məhsulunun xüsusiyyətləri, orijinal məhsulu fərqləndirmək üsulları barədə iştirakçıları məlumatlandırıb, təlimin keçirilməsində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürlərini ifadə ediblər.
Təlimin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gömrükçülərin sualları ekspertlər tərəfindən ətraflı cavablandırılıb.