Polşada daha bir azərbaycanlı itkin düşdü - FOTO
    • 27-12-2023, 13:45
    • 270

Polşada daha bir azərbaycanlı itkin düşdü - FOTO

Polşada azərbaycanlı kişi itkin düşüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə xaricdə yaşayan həmyerlilərimiz məlumat yayıblar. Bildirilir ki, Polşanın Poznan şəhərində yaşayan Hüseyndən 4 gündür xəbər alan yoxdur.

Onun adı çəkilən şəhərdə zavodda işlədiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Polşada azərbaycanlı ana azyaşlı övladı ilə birgə itkin düşüb.