Kim Çen In müharibəyə hazırlığı sürətləndirməyi tələb edib
    • 28-12-2023, 07:42
    • 165

Kim Çen In müharibəyə hazırlığı sürətləndirməyi tələb edib


Şimali Koreya lideri Kim Çen In ordu və hərbi sənaye müəssisələrinin, o cümlədən nüvə silahı istehsalı ilə bağlı müəssisələrin qarşısına müharibə hazırlığını sürətləndirmək vəzifəsi qoyub.

News24.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə səkkizinci çağırış Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun iclasında müvafiq bəyanatla çıxış edib.

"Yoldaş Kim Çen In müharibəyə hazırlığı daha da sürətləndirmək üçün Xalq Ordusu, hərbi sənaye, nüvə silahı və mülki müdafiəyə döyüş tapşırıqları verib", - Koreya Mərkəzi Teleqraf Agentliyinin xəbərində deyilir.

Bundan əlavə, Kim Çen In "ABŞ və onun əlaltılarının görünməmiş intriqaları səbəbindən Koreya yarımadasında son həddə çatan ciddi hərbi-siyasi vəziyyət"lə bağlı tədbirlərin görülməli olduğunu vurğulayıb.