-
- 10-04-2019, 19:43
- 1 538
Elektron qolbaqlar sayəsində məhkumlara nəzarət asanlaşıb
“2017-ci ildən ölkə başçısının fərmanı ilə cəza siyasətinin liberallaşdırılması üzrə siyasət həyata keçirilir".
News24.az bildirir ki, bunu Ədliyyə Nazirliyi informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə açıqlamasında deyib:
"Həmin siyasətin tərkib hissəsi də azadlıqdan məhrumetməyə alternativ yolların tətbiqidir. Bu da azadlığın məhdudlaşdırılmasıdır. Bu, əvvəllər mümkün deyildi. Nəzarəti də praktiki cəhətdən mürəkkəb idi. Artıq Azərbaycanda yeni təcrübə tətbiq olunur. Elektron qolbaqlar məhkumların üzərinə bağlanır. Onların hər bir saniyəsi coğrafi vaxt baxımından izlənilir. Bununla bağlı Ədliyyə Nazirliyinin monitorinq mərkəzi yaradılıb və həmin şəxslərin üzərində nəzarəti həyata keçirir. Elektron qolbaqlar hazırda min nəfərdən artıq məhkuma verilib”.
Afaq MİRAYİQ