Sarkisyandan etiraf:
    • 28-12-2023, 18:01
    • 207

Sarkisyandan etiraf: "Bu, Ermənistana baha başa gələcəkdi..."

“Ermənistan Rusiyanın dominant rola malik olduğu KTMT və Avrasiya İqtisadi Birliyinə üzv olmasaydı, bu, ölkəsinə baha başa gələcəkdi”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bildirib.

Sarkisyan hakimiyyəti dönəmində ölkəsini necə Rusiyadan asılı vəziyyətə gətirdiyini etiraf edib.

O, bunun qarşılığında Ermənistanın Rusiya tərəfindən silahlandırılmasına da diqqət çəkib.

“KTMT ilə münasibətlərimizi davam etdirməsəydik, o zaman milyardlarla dollarlıq silahımız olmazdı. Əgər Avrasiya İqtisadi Birliyinə daxil olmasaydıq, Ermənistan iqtisadiyyatı çökəcəkdi. Düz iki il Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyindən, üzv ölkələrdən bizi həmin qurumlara qəbul etmələrini xahiş etdim. Çünki onlara qoşulmamaq Moldovada, Gürcüstanda, Ukraynada yaranmış vəziyyətə gətirib çıxaracaqdı”, - keçmiş prezident deyib.

Ayşən