-
- 28-12-2023, 19:32
- 230
Yeni müharibə anonsu: Bayden təsdiqlədi
“ABŞ ordusu İraq və Suriyada bazalarımıza hücum edən qruplaşmalara qarşı addımlar atıb. Məqsəd ABŞ-a və müttəfiqlərimizə qarşı hücumların qarşısını almaq, İranı və İranın dəstəklədiyi milis qruplarını ABŞ personalına və bazalarına yeni hücumlar təşkil etməkdən çəkindirməkdir”.
News24.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konqresə ünvanladığı məktubda İraq və Suriyadakı hərbi bazalara daha böyük təhdid, yaxud hücum olduğu təqdirdə genişmiqyaslı müdaxilə etməyə hazır olduqlarını qeyd edib.
Məktubda, İrana bağlı proksi qüvvələrin İraq və Suriyada ABŞ bazalarına hücumları amerikalı əsgərlərin yaralanmasına səbəb olduğu bildirilib.
“Təhdid böyüyərsə və hücumlar davam edərsə, ABŞ lazım olan genişmiqyaslı addımlar atmağa hazırdır”, - deyə Bayden məktubda qeyd edib.
Ayşən