-
- 30-12-2023, 20:51
- 349
İnşaat mallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişib
Gələn ildən Azərbaycana idxal edilən bentonit 5 faiz gömrük rüsumuna cəlb ediləcək.
News24.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Hazırda bentonit 1 kq üçün 0,03 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Hazırda 1 kq üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunan yüngül betondan (döyülmüş süngər daşı, qranullaşdırılmış şlak və s. əsaslı) kirəmit, plitələr, kərpiclər və analoji məmulatlar üçün rüsum gələn ildən 15 faiz olacaq. Minalanmamış döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri, mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya onsuz bəzək üçün keramika məmulatları üçün idxal gömrük rüsumu 31 dekabr 2023-ü ilədək 15 faiz, lakin 1 m2-ə 2 ABŞ dollarından az olmamaqla olub. Dəyişikliyə əsasən, bu məmulatlar üçün idxal gömrük rüsumu 31 dekabr 2025-ci ilədək 15 faiz, lakin 1 m2-ə 3 ABŞ dollarından az olmamaqla olacaq.