Kəmaləddin Heydərov yeni rəis təyin etdi
    • 31-12-2023, 17:32
    • 427

Kəmaləddin Heydərov yeni rəis təyin etdi

Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə yeni rəis təyin edilib.

News24.az Report-a istinadən xəbər verir ki, Mirfuad Mahmudov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.

İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib.

Bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Xatırladaq ki, M. Mahmudov daha öncə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini işləyib.