-
- 1-01-2024, 17:00
- 329
Gəncədə bu ilin ilk uşağı dünyaya gəldi
Gəncədə 2024-cü ilin ilk uşağı saat 09.50-də dünyaya gəlib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, Gəncə Perinatal Mərkəzində dünyaya gələn ilk uşaq qızdır.
Məlumata görə 01.01.2024-cü il tarixində saat 09-50- doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.
Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Alıyeva Nurlana təbii doğuşla körpəni dünyaya gətirib və bu, ailənin üçüncü övladıdır.
Doğuş həkim akusher gunekoloq Əlizadə Məftunə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.