On ayın gəlini özünü öldürdü - AZƏRBAYCANDA
    • 11-04-2019, 16:00
    • 1 327

On ayın gəlini özünü öldürdü - AZƏRBAYCANDA

Ağdaşın Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib.

News24.az
"Publika"ya istinadən xəbər verir ki, S. İslamova ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovanın meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.

Bildirilir ki, 10 ay əvvəl Nehrəxəlil kəndinə gəlin köçmüş Səidə İslamova 7-8 aylıq hamilə olub. O, gecə saatlarında yaşadığı evi tərk edərkən heç kimin xəbəri olmayıb.

Gənc qadının intiharının dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.