Aygün Bəylər haqqında - BİLİNMƏYƏNLƏR

Aygün Bəylər haqqında - BİLİNMƏYƏNLƏR Mədəniyyət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Bundan öncə əməkdar artistin vəfat etdiyi barədə xəbər yayılsa da, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təkzib etmiş, sənətçinin saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini bildirmişdi. Buna baxmayaraq, onun süni tənəffüs aparatına qoşulduğu da təsdiqlənmişdi.

News24.az Aygün Bəylər haqqında maraqlı faktları təqdim edir:

Bir zamanlar qeyri-adi imici ilə tanının əməkdar artist Aygün Bəylərin nikahsız uşaq dünyaya gətirdiyi söylənir. Övladının atası olan Rəsul Vilayət də musiqiçidir. O, hazırda xarici ölkədə yaşayır.


Aygün Bəylərin "Bəylər" təxəllüsünü götürməsinin də maraqlı tarixçəsi var. Belə ki, Bəylər Quliyev İllər əvvəl Aygün Bəylərin sevdiyi şəxs olub. Cinayətdə ittiham olunan Bəylər özünü rayon prokurorluqlarının birinin binasından atıb intihar edir. Aygün də "Bəylər" təxəllüsünü həmin hadisədən sonra götürür. Bəylər Quliyevin adı bir qrup cinayətkar dəstə ilə əlaqədə olmaqda hallandırılıb. Aygün Bəylərin sənətində irəli getməsində də Bəylər Quliyevin böyük rolu olub. Eyni zamanda Bəylər Quliyev Aygün Bəylərin qonşusu olub. Ailələrinin indi də münasibətləri davam edir. Sənətçinin imicini dəyişməsi də həyatında böyük rolu olan Bəylər Quliyev istəyi olub. 

Aygün Bəylər həyatında maddi sıxıntılarla da üzləşib. Ona maddi olaraq kömək edən şəxslərdən biri də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov olub. Əməkdar artist həm də Kəmaləddin Heydərovun bəstəkarı olduğu mahnıların da ifaçısı olub. 

Əməkdar artist Respublika Sarayında Sibel Canın konsertində səhnəyə çıxıb. Sibel Canın "Azərbaycanda ən yaxşı qadın səsi axtarıram" sözündən sonra səhnəyə çıxarılan sənətçi Sibel Canı öz ifası ilə heyran edir. 

Qeyd edək ki, yanvarın 6-da vəfat edən 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qumral