Aktrisa bir gecəyə 100 min qazandı
    • 11-04-2019, 23:44
    • 1 183

Aktrisa bir gecəyə 100 min qazandı

Türkiyəli aktrisa Gökçe Bahadır bir gecəyə 100 min TL qazanıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Ufat tefek cinayetler" serialı bitdikdən sonra müğənniliyə başlayan aktrisa bir neçə gün öncə konsert proqramı ilə çıxış edib. Serial çəkilişlərindən 1 bölüm üçün 70 min TL qazanan G.Bahadırın konsertən 100 min TL əldə etdiyi iddia olunub. 

Aktrisa ortaya atılan iddianı nə təsdiq nə də təkzib edib. O, "Mən bu işlə maraqlanmıram" cavabını verib.