Renkadan bacısına bahalı hədiyyə - VİDEO
    • 9-01-2024, 21:17
    • 290

Renkadan bacısına bahalı hədiyyə - VİDEO

Rəqqasə Renka bacısına sürpriz edib.

News24.az azxeber.com-a istinadla xəbər verir ki, o, bir müddət öncə itini itirən və bundan çox sarsılan bacısına yeni it hədiyyə edib.

Həmin görüntüləri sosial medi hesabında paylaşan Renka yazıb:

"Sən çox əziyyət çəkdin itini itirəndə. Sənə baxa bilmirdim, çox kədərli idin. Düzdür, demişdim artıq it götürməyəcəyəm, amma sənin əziyyətin məni üzürdü. İnşallah bu it həmişə yanında olsun”.

Xatırladaq ki, Renka hər zaman bacısına etdiyi bahalı hədiyyələr ilə gündəmə gəlib. O, bundan öncə də bacısına avtomobil hədiyyə edərək görüntüləri izləyiciləri ilə paylaşmışdı.