"162 saylı məktəbin direktoru həbs edilsin" - VALİDEYNLƏRDƏN TƏLƏB
    • 12-04-2019, 12:07
    • 2 122

"162 saylı məktəbin direktoru həbs edilsin" - VALİDEYNLƏRDƏN TƏLƏB

"Biz vaideynlər hamımız direktorun həbs olunmasını istəyirik". 

News24.az-ın məlumatına görə, bunu bu gün 162 saylı məktəbin qarşısında özünü həmin mətkəbin 3-cü mərtəbəsindən ataraq, intihar edən Elina Hacıyevanın anım mərasiminə gələn övladı başqa məktəbdə oxuyan valideyn Səbinə Əliyeva deyib. 

Öz övladına görə narahat olan valideyn direktor, dərs hissə müdiri, sinif rəhbərinin və Elinanın ölümündə günahı olan hər kəsin həbs olunmasını istəyib: "Biz bu gülləri qapının ağzına deyil, Elinanın özünü atarkən düşdüyü yerə qoymaq istəyirdik. Amma bizi içəri buraxmırlar. Niyə?! O uşağı düşdüyü yerdən tərpətmək olardımı? Uşağı yerindən tərpədəndə, bunu heçmi düşünmədilər ? Mən öz uşağıma görə qorxuram. Bütün valideynlərin tələbi 162 saylı məktəbin direktorunun həbs olunmasıdır". 

Afaq MİRAYİQ