"Yazıq Elgiz, adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar?"
    • 9-01-2024, 22:59
    • 718

"Yazıq Elgiz, adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar?"

Tanınmış aparıcı İradə İsak sosial şəbəkə hesabından paylaşımı ilə Elgiz Əkbərə dəstək olub.

News24.az Milli.Az-a istinadla bildirir ki, o, bu gün baş tutan efirdə Flora Kərimova ilə Elza Seyidcahan arasındakı qalmaqala münasibət bildirib. Arb-nin canlı efirinin qonağı olan müğənnilər arasında gərgin anlar yaşanıb.

Həmkarının halına yanan aparıcı bunları qeyd edib:

"Yazıq Elgiz! Adam nə qədər verilişdən "fırrr" edib çıxanların ardından baxar? Ömrü belə keçdi.

Heç nə də demir ey, məlul-məlul oturub baxır. Qəşəng video-çarx yığmaq olar, o baxışlardan.

Səhərisi də təbəssümlə qarşılayır, qayıdıb gələnləri. Neynəsin, nə desin..."