Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb
    • 10-01-2024, 08:15
    • 365

Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb


Yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan News24.az-a bildirilib ki, aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.